“Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı bildirib. O qeyd edib ki, bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq:
“Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”.