Bu gün lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu başa çatır

27 İyul 2021 - 10:55

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır.

Nazirlikdən  verilən məlumata görə, müraciətlər bu gün saat 16:00-dək qəbul edilir. Müraciət üçün müvafiq linkə daxil olmaq mümkündür: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.