Bu gün “Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Ağdam klubu püşkə səpələnmişlər səbətindən qatılacaq.

Azərbaycan çempionu II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Flora” (Estoniya) – “Tselye” (Sloveniya) cütünün qalibi

“Virtus” 1964 (SMR) – “Styaua” (Rumıniya) cütünün qalibi

“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Yagelloniya” (Polşa)

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də keçiriləcək

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.