Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcək

Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçiriləcək.

Məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, Ukraynanın nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Katibi Rüstəm Umerov, Rusiya təmsilçilərinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Görüşlərin gündəliyində əsirlərin azad edilməsi, qaçırılan uşaqların geri qaytarılması və qətllərin dayandırılması kimi məsələlər var.

Xatırladaq ki, Ukrayna və Rusiya son beş ay ərzində İstanbulda iki tur danışıq keçirib. İyunun 2-də keçirilən son görüşdə əsir mübadiləsi mövzusunda mühüm sazişlərə nail olunmuşdu.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.