Bu gün Türkiyə və Portuqaliya yığmaları oynayacaq –AVRO-2024

Avropa çempionatında qrup mərhələsinin II turunda bu gün Türkiyə və Portuqaliya yığmaları üz-üzə gələcək.

Bu, iki komanda arasında yubiley – 10-cu qarşılaşma olacaq. İndiyədək keçirilmiş 9 görüşün 7-də portuqaliyalılar qalib gəliblər. Qardaş ölkə təmsilçisi isə 2 dəfə sevinən tərəf olub.

Top fərqində də “ay-ulduzlular” rəqibindən geri qalır. Belə ki, 9 matçda 9 qol vuran Türkiyə millisi qapısında isə 19 top görüb.

Qeyd edək ki, Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.