Bu gün “Zirə”nin 4 rəqibi məlum olacaq –Avropa Liqası

Bu gün “Zirə” klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olacaq.

Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

I təsnifat mərhələsində “Şerif” komandası ilə qarşılaşacaq “qartallar” Moldova klubunu keçəcəyi təqdirdə, II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Panatinaikos”(Yunanıstan)

“Makkabi” (Petah Tikva, İsrail)

“Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi

“Pakş” (Macarıstan) – “Korvinul” (Rumıniya) cütünün qalibi

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.