Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir

Bu gündən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.

Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B. Məmmədov qeyd edib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər.

Qeyd edək ki, COP29 iştirakçıları dəmir yolu nəqliyyatından da ödənişsiz istifadə edə bilirlər(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.