Bu gündən mayın 31-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

29 May 2021 - 01:15

Bu gündən mayın 31-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 29 may saat 00:00-dan 31 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.