Bu həftənin şənbə günü metro və avtobuslar işləyəcək –

RƏSMİ
29 İyun 2021 - 20:17

Bu həftənin şənbə günü Azərbaycanda ictimai nəqliyyat işləyəcək.

Bu Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb.

İyulun 3-də Bakıda Avropa Çempionatının 1/4 final oyunlarından biri (Danimarka – Çexiya) keçiriləcək. Bununla əlaqədar iyulun 3-də avtobuslar və metro fəaliyyət göstərəcək.