Bu həftə sonu ilə bağlı XƏBƏRDARLIQ

Günəş tutulması
Günəş tutulması

Mayın 17 və 18-i şənbə və bazar günlərindən günəş küləyinin sürətinin güclü artması ilə əlaqədar geomaqnit mühitində nəzərəçarpacaq dəyişikliklər olacaq. Maqnit fırtınalarının səbəbi hazırda kosmik teleskoplardan gələn Günəşin görüntülərində aydın görünən növbəti böyük tac dəliyi olacaq. AzPost bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, ilkin hesablamalara görə, küləyin sürəti indiki 400 km/s-dən 600-700 km/s-dək, yəni nə az, nə çox, 1,5 dəfə artacaq. Nəticədə, maqnit qasırğaları 5 ballıq şkala üzrə 1-dən 2-ci səviyyəyə qədər, planetlərarası mühit parametrlərinin “uğurlu” birləşməsi halında isə 3-cü səviyyəyə qədər formalaşacaq.

Ümumilikdə qeyri-sabit geomaqnit vəziyyət dörd-beş gün davam edəcək.

Qeyd edək ki, mayın 14-də ilin ən güclü günəş parlaması baş verib. Onun səviyyəsi 2.7, “ekstremal” sinif olaraq qiymətləndirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.