“Bu, həmişə maraqlıdır, həyəcanvericidir”- Putin sevdiyi məşğuliyyətdən danışdı

Rusiya prezidenti Vladimir Putin Çin media orqanlarına müsahibəsində xokkey oynamaqdan həzz almağa davam etdiyini deyib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu fəaliyyət növü həyəcanvericidir və işə fasilə vermək imkanı yaradır.

“Bununla məmnuniyyətlə məşğul oluram. Bunlar komanda idman növləridir, onlar həmişə maraqlıdırlar, emosionaldırlar, həyəcanvericidir və cari işlərə həqiqətən fasilə vermək imkanı yaradırlar”, – Putin bildirib.

Rusiya prezidenti 10 il əvvəl konki sürməyə başladığını xatırladıb. Dediyinə görə, o vaxta qədər onların üzərində necə duracağını belə, bilmirdi. Putinin sözlərinə görə, konki sürməyi və xokkey oynamağı öyrənmək onun üçün eyni şeydir.

Putin ad gününü ailəsi və dostları ilə keçirdiyini də qeyd edib.

Oktyabrın 7-də Putinin 71 yaşı tamam oldu.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.