Bu hərbçilərə ev verildi

mənzillər
mənzillər

Cari ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.

AzPost xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi və nazirliyin Mənzil Komissiyasının sədri general-mayor Elçin Əliyev deyib.

O qeyd edib ki, hər il Maliyyə Nazirliyi tərəfindən bununla bağlı vəsait ayrılır. Bu il də həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) 500-dən artıq ev alınıb.

“Bu gün Sumqayıt şəhərində bu mərhələdə hərbçilərə ümumilikdə 59 mənzil təqdim olunub. Həmin mənzillər bir və dörd otaqlıdır. Ümumilikdə bu il ərzində bir və dörd otaqlı olmaqla, 500-dən çox mənzil hərbi qulluqçulara təhvil verilib”, – o bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.