Bu icra başçıları özlərinə köməkçi axtarır

Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl  Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin edib.

Qaynarinfo məsələnin aktuallığını nəzərə alaraq özünə köməkçi axtaran icra başçıları barəsində araşdırma aparıb.

Məlum olub ki, Qəbələ rayonu İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, 15 iyul 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsindən azad edilərək Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təyin olunan Orxan Abbasov, Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev də özlərinə köməkçi axtarır.

Artıq sözügedən icra başçılarına yeni köməkçilər seçilməsi üçün Dövlət İmtahan Mərkəzində daxili müsahibə keçirilib. Onların kimlikləri barədə isə hələlik məlumat verilmir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.