“Bu il 140 min müştərinin kartının oğurlanmasına cəhd edilib”- "Kapital Bank"

“Kapital Bank” ASC müştəri hesablarının təhlükəsizliyi ilə bağlı tədbirlər görür, bu sahədə Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

Bunu Bankın Baş risk idarəçisi Cavid Mirzəyev bildirib.

“Kibertəhlükəsizliklə bağlı şikayətlər çoxdur. Odur ki, bu məsələ aktualdır. Bank daxilində Kibertəhlükəsizlik departamenti yaradılıb. Bu il 140 min müştərinin kart məlumatlarının oğurlanmasına cəhd edilib. 200 min qanunsuz əməliyyatın qarşısı alınıb. Bu da ötən illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Həmçinin banka aidiyyəti olmayan təxminən 100 saxta sayt, 1 000 sosial şəbəkə hesabı bağlanılıb”, – deyə o qeyd edib(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.