Bu il 5 yaşlı uşaqların 87 faizi məktəbəqədər təhsilə cəlb olunub- Emin Əmrullayev

Erkən yaş dövrü təhsilin keyfiyyətində rol oynayan ən vacib amildir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, bir ildən çoxdur ki, məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərirlər.

Nazir qeyd edib ki, məktəbəqədər təhsilə qoyulan investisiya öz təsirini 20-30 ildən sonra göstərəcək. “İstəyimiz odur ki, heç olmasa, hər 5 uşaqdan biri məktəbəqədər təhsilə cəlb olunsun. 2023-cü ildə 5 yaşlı uşaqların 87 faizi məktəbəqədər təhsilə cəlb olunub. 2014-cü ildə 12 min, 2017-ci ildə 82 min, 2023-cü ildə 91 min uşaq məktəbəqədər təhsilə cəlb olunub”, – deyə nazir qeyd edib.

Əvvəlki məqalə

“Müəllimlərin sayı çoxdur…Müəllim yarımştat işləyə bilməz” –

Sonrakı məqalə

32 min müəllimin əməkhaqqına əlavələr edilib