“Avropa İttifaqı Qərbi Balkan ölkələri üçün Azərbaycandan əlavə qaz həcmi əldə etməkdə maraqlıdır”.
Bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Aİ-nin iki komissarının Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakı da Azərbaycana verilən önəmi göstərir: “Aİ ilə yeni sazişlə bağlı danışıqlarda 2020-ci ildə pandemiya ilə əlaqədar fasilə olmuşdu, 2021-ci ilin yayından danışıqlar aktivləşib. Azərbaycan Aİ ilə ticarətlə bağlı mövqeyini çatdırıb, bir neçə gün əvvəl isə Aİ Azərbaycanın təklifləri ilə bağlı mövqeyini çatdırdı. Hesab edirik ki, 2022-ci ildə Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanmasına nail olmaq mümkündür”.