Bu il Azərbaycanda 4 uşaq övladlığa götürülüb

12 May 2020 - 10:39

2020-ci ilin mövcud dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə övladlığagötürmə ilə bağlı 23 müraciət daxil olub.

Bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, nazirlik tərəfindən qanunvericiliyin tələblərində nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq 4 uşaq övladlığa verilib.

Övladlığa götürülən uşaqlar 1, 7, 9 və 16 yaşlarındadırlar və hamısı oğlan uşaqlarıdır. Övladlığa götürən şəxslər Azərbaycan vətəndaşlarıdır və hər biri uşaqların yaxın qohumudur. Həmin şəxslərdən biri tək qadın, digər 3-ü isə ailədir.

Övladlığa götürən şəxslərin yaşları 33-55 yaş aralığındadır.