Bu il dövlət büdcəsinə daxil olan verginin həcmi 10,2 milyard manatı ötüb

Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub.

Dövlət Vergi Xidmətinin məlumatına görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 944,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 778,8 milyon manat və ya 12,6 faiz çoxdur.

Ödənilən vergilərin 67,6 faizi qeyri-neft-qaz sektorunun, 32,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.