Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Bu il etik normalara zidd neçə reklamın yayımı dayandırılıb?

User 05 Sentyabr 2025 - 21:21 (Last updated: 05 Sentyabr 2025 - 20:40)
reklam

Cari il ərzində Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində etik normalara zidd 15 sayda reklamın yayımı dayandırılıb.

Bu barədə ADRA-dan məlumat verilib.

Bildirilib ki, həmin reklamları yerləşdirilən yayıcılarla qanunvericilik aktlarının tələbləri barədə maarifləndirici söhbətlər aparılıb.

Məlumatda vurğulanıb ki, açıq məkanda reklam yerləşdirməzdən əvvəl ADRA-dan icazə alınmalıdır. Reklam yayımı üçün təqdim olunan eskizlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda həmin reklamların yerləşdirilməsinə icazə verilmir.

“Reklam haqqında” Qanunun 4-cü maddəsinə əsasən, reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.

Qeyd olunan tələblərə əməl edilməməsi “Reklam haqqında” Qanunun pozulması deməkdir və bu zaman Agentlik tərəfindən müvafiq reklamların yayımının dayandırılması istiqamətində “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın müddəaları çərçivəsində zəruri tədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən “Reklam haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə 300 manatdan 10 min manatadək inzibati cərimə nəzərdə tutulur.

Qeyd edilib ki, Agentlik tərəfindən açıq məkanda yerləşdirilən reklamların etik normalara və milli mənəvi dəyərlərə uyğunluğunun yoxlanılması istiqamətində mütəmadi monitorinqlər həyata keçirilir. (Trend)

AzPost.az

Post navigation

Previous: Ölkədə sayı ən çox artan və sürülən avtomobillər hansıdır?
Next: Azərbaycanın nə qədər kərə yağı ehtiyatı var?

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.