Bu il Gürcüstanın xarici borcu 8,8 milyard dollara çatacaq

Cari ilin sonunda Gürcüstanın xarici dövlət borcunun həcmi 23,7 milyard lari (8,8 milyard dollar) təşkil edəcək. Gürcüstan bu vəsaitin böyük hissəsini beynəlxalq banklara borclu olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstanın 2024-cü il dövləti büdcəsində yer alıb.

Bildirilib ki, bu borcun 17 180,8 milyon larisi banklara olacaq.

Ölkənin ən çox borcu Asiya İnkişaf Bankına (6 066,5 milyon lari), Dünya Bankına (5 995 milyon lari) və Avropa İnvestisiya Bankınadır (2 974,8 milyon lari).

Gürcüstanın beynəlxalq banklara olan borcları ilə yanaşı, 14 ölkəyə də 4,227 milyon lari borcu var.

Gürcüstanın kreditorları arasında Fransa, Almaniya, Azərbaycan, Avstriya, Yaponiya, Türkmənistan və Rusiya da yer alır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.