Rusiyanın ümumi daxili məhsulu (ÜDM) bu il artacaq, dünya iqtisadiyyatı yavaşlamağa davam edəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Mütəxəssislərin fikrincə, 2023-cü ildə qlobal iqtisadiyyatda yavaşlama davam edəcək. Rusiyada isə ÜDM 1-2 faiz arta bilər. Eyni zamanda, açılan imkanlardan maksimum yararlanmaq və texnoloji və maliyyə suverenliyinə nail olmaq, optimal əməkdaşlıq və logistikanın qurulması, infrastrukturun təkmilləşdirilməsi, bərabərsizliyin və yoxsulluğun azaldılmasına yönəldilməsi vacibdir”, – prezident vurğulayıb.
Azpost.info