Bu ilin payızında Ağdam şəhərinə ilk köç olacaq

Bu ilin payız aylarında Ağdam şəhərinə ilk köç başlayacaq.
Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə bildirib.
“Şəhərdə bərpa işləri sürətlə davam edir, çox ciddi infrastruktur layihələri həyata keçirilir. Növbəti aylarda artıq ilk köç başlayacaq. Gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin mərkəzi – tarixi mədəni hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək”, – deyə o qeyd edib. //Report

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.