Bu klubun futbolçuları oyun alverində şübhəli bilinir- DİN araşdırma başlatdı

DİN
DİN

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.

Komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.

Klubdan bildirilib ki, araşdırmalar davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən apasport.az saytının sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.

DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.