Paytaxtın yol infrastrukturunda səki anlayışı sanki aradan qalxıb. Səkilər ya zəbt edilir, ya parklanma yerinə çevrilir, ya da baxımsızlıqdan dağılıb gedir.
AzPost xəbər verir ki, paytaxtın Xəzar rayonu Mərdəkan qəsəbəsinin Sergey Yesenin və Baba Əliyev küçələrinin kəsişməsindən poçt binasına qədər yolun çox hissəsində səkinin olmadığı deyilir. Qəsəbə sakini yazır ki, səkilər obyekt sahiblərinin ixtiyarına verilib. Yolun bu hissəsi qəsəbədə ən çox piyada axını olan yerdir, amma piyadalar maşın yolu ilə hərəkət etməli olurlar.
Vətəndaşlar AYNA-ya, o isə müvafiq olaraq yerli icra hakimiyyətini məlumatlandırıb. Sonuncu isə vətəndaşlara hələlik cavab verməyib.