Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bu məktəblərin direktorları işdən çıxarılıb

Orkhan Ali 27 May 2024 - 19:39 (Last updated: 21 May 2025 - 20:15)
mekteb

15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

İdarədən  verilən xəbərə görə, həmçinin yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Həmidova Aysel Mübariz qızı 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:

“Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.

Bundan əlavə, Sumqayıt və Xırdalanda son bir ayda üç məktəb direktoru işdən çıxarılıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, İdarənin keçirdiyi genişmiqyaslı monitorinqlər nəticəsində idarənin tabeliyində olan Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tanrıverdiyeva, 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər Quliyeva işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər.

Post navigation

Previous: Bakının ən çox və ən az əməkhaqqı alan rayonları
Next: İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mifi açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
Arıqlamaq istəyən və sağlam qidalanmağa çalışan insanlar çox vaxt kartofu gündəlik menyudan çıxarırlar. Bunun səbəbi onun həddindən...
Read more about Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mifi açıqlandı
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır peskov
  • Dünya

Rusiya ABŞ və İran arasında vasitəçi olmaq istəyir – Uranı qəbul etməyə hazırdır

User 29 Oktyabr 2026 - 19:38
Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.