Bu məktəbdə yoxlamalar başladı

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

AzPost xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar olaraq sözügedən məktəbdə kompleks yoxlamalara başlanılıb.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək./modern.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.