“Bu müddət ərzində miqrantlar Rusiyadan deportasiya olunmur” –Miqrasiya Xidmətinin rəisi azərbaycanlılara müraciət etdi

“Pandemiya səbəbindən Rusiya Federasiyasında olan, yaşayan əcnəbi vətəndaşlarla bağlı tətbiq edilmiş güzəştlərin müddəti uzadılıb. Yeni tələblərə əsasən, bu ölkədə olan, yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan (etibarlılıq müddəti bitmiş), sənədləri qaydasında olmayan əcnəbilərin leqallaşması (sənədlərinin qaydaya salınması) üçün müddət 30 sentyabr 2021-ci il müəyyən edilib”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, bu müddətdə miqrantlar barəsində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir: “Həmçinin, patent əsasında Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbi şəxslər 31 dekabr 2021-ci il tarixədək bəyan edilmiş məqsədlərindən asılı olmayaraq müvafiq sənədin alınması (uzadılması) üçün müraciət edə bilərlər. Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın bu müddət və tələbləri diqqətdə saxlamalarını tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 75 dolları keçib

Sonrakı məqalə

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb