“Əkrəm Əylislinin tək qalması mənə pis təsir edir”-Yazıçı Elçin

“Əkrəmlə münasibətimiz nə pisdir, nə də yaxşı. Sadəcə münasibətimiz yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri APA-ya müsahibəsində xalq yazıçısı Elçin bildirib.

Onun sözlərinə görə, vaxtilə paylaşdığı sevdiyi hekayələrin siyahısında Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsi olub: “Bəli, o hekayənin adını yenə çəkərəm, əlbəttə, çünki bu gün də o fikirdəyəm. Əgər Əkrəm bu gün zəif, ya da xoşagəlməz nəsə yazıbsa, bu o demək deyil ki, onun dünən yazdıqlarının da üstündən xətt çəkək”.

Elçinin sözlərinə görə, əgər onun yazdığı zəif və xoşagəlməz yazıları tərəzinin bir gözünə, həmin hekayəni, ya da “Kür qırağının meşələri” povestini o biri gözünə qoysaq, bu hekayə də, povest də çox ağır gələr: “Əkrəmin tək qalması, tənhalığı, sizdən gizlətmirəm, mənə pis təsir edir. Gərək belə olmayaydı. Ancaq bu təcridin səbəbkarı Əkrəmin özüdür. Ola bilsin ki, mən yanılıram, bəlkə o özünü camaatdan təcrid olunmuş, tək-tənha hiss etmir? Təki belə olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Emoməli Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Prezidenti məlumatlandırıb

Sonrakı məqalə

“”Glusco”yanacaqdoldurma məntəqəsinin sahibi deyilik” –