“”Glusco”yanacaqdoldurma məntəqəsinin sahibi deyilik” –SOCAR-dan təkzib

SOCAR Ukraynada “Glusco” yanacaqdoldurma məntəqələrinin sahibi olması barədə xəbərləri təkzib edib.
Azpost.info bildirir ki, bu barədə SOCAR rəsmi açıqlama yayıb. “Son günlərdə bəzi KİV-də Ukraynada “Glusco” yanacaqdoldurma məntəqələrinin SOCAR tərəfindən alınması haqqında yayılan məlumat həqiqəti əks etdirmir”-deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, “Glusco” YDM- şəbəkəsinin yenidən fəaliyyətə başlamasına səbəb şirkətin sahibinin dəyişməsidir.

Ukrayna mətbuatı yazır ki, “Glusco” YDM-lərinin yeni sahibi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Mənbənin yazdığına görə, bu, YDM-lərin sistemlərin yoxlanılması üçün texniki fəaliyyətdir: “Yaxın zamanda yeni sahib yanacaqdoldurma məntəqələri şəbəkəsinin tam gücü ilə işləməsinə təmin edəcək”.

Nəşr iddia edir ki, artıq YDM-lərdəki “Glusco” loqotipi və yazısı qara örtüklə örtülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əkrəm Əylislinin tək qalması mənə pis təsir edir”-

Sonrakı məqalə

Gürcüstanda jurnalistlər zorla parlamentə girdilər-