2025-ci ilin yanvar-mart aylarında Azərbaycan həm həşərat və böcəklərin idxalını, həm də ixracını həyata keçirib.
Valyuta.az xəbər verir ki, bu dövrdə həşərat və böcəklər Gürcüstandan idxal olunub, ixrac isə əsasən Qazaxıstan və ABŞ-yə yönəlib.
Məlumata görə, Gürcüstana cəmi 4 ədəd həşərat və böcək ixrac edilib. Bu ixracın ümumi dəyəri 0,4 min ABŞ dolları və ya təxminən 680 manat təşkil edib. Hər birinin orta qiyməti 100 dollar və ya 170 manat dəyərində hesablanıb.
Qazaxıstana göndərilən həşərat və böcəklərin sayı 25 000 ədəd təşkil edib. Bu partiyanın ümumi dəyəri 5 min dollar, yəni təxminən 8 500 manat olub. Beləliklə, bir ədəd həşəratın qiyməti 0,2 dollar və ya 34 qəpik olaraq hesablanıb.
ABŞ-yə isə 23 ədəd həşərat ixrac edilib. Bu ixrac üçün 0,56 min dollar, yəni təxminən 952 manat əldə olunub. Hər bir ədədin orta qiyməti 24,35 dollar və ya 41 manat 40 qəpik olub.
Qeyd edək ki, həşəratlardan entomoloji tədqiqatlar üçün, kənd təsərrüfatında bioloji mübarizə, bəzi hallarda isə kommersiya məqsədilə ilə istifadə oluna bilər.