Bu ölkə Ukraynaya hərbi yardım ayıracaq

Danimarka Ukraynaya sayca 26-cı hərbi yardım paketini ayıracaq; paketə artileriya qurğuları, sursat, qırıcıların ehtiyat hissələri və genişləndirilmiş təlim proqramı daxildir.

Trend xəbər verir ki, bu barədə krallığın müdafiə nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, hərbi yardım paketinin ümumi məbləği 4,2 milyard kron (təxminən 630 milyon dollar) təşkil edir. O 2025-2028-ci illəri əhatə edir.

Ölkənin müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Kiyevin hərbi yardıma və dəstəyə olan ehtiyacı azalmayıb. Hərbi sursatların Çexiya, Danimarka və Niderlandın birgə təşəbbüsü çərçivəsində çatdırılacağı bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.