Bu ölkədə “Like”a görə həbs ləğv edildi

Like
Like

Tacikistan prezidenti Emomali Rahmon sosial şəbəkələrdə bəyənmələrə görə cəzaları qaldırıb. AzPost-un “Diqqət et, Xəbər!” Telegram kanalına istinadla məlumatına görə, Tacikistan sosial şəbəkələrdə razılıq ifadə edən insanları bundan sonra mühakimə etməyəcək.

Ölkə prezidenti Emoməli Rəhmon müvafiq qanunu təsdiqləyib. İndi istifadəçilər internetdə “like” və digər fəaliyyət təzahürlərinə, o cümlədən şərh yazmağa görə cəzalandırılmayacaqlar.

Qeyd edək ki, ötən ilin payızından bəri Tacikistanda “bəyənmələrin” dekriminallaşdırılması ideyası müzakirə olunur. Apreldə parlament Baş Prokurorluğun təklifini dəstəkləyib və qanunu qəbul edib. Əvvəllər, 2018-ci ildən ekstremist xarakterli materialları və ya terror təşkilatlarının nəşrlərini “bəyənməyə” görə Tacikistan vətəndaşları terrorizmə haqq qazandırmaqda və ya hakimiyyəti zorakılıqla dəyişdirməyə çağırışda ittiham oluna bilərdi ki, bu da 20 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.