Bu özəl klinikanın lisenziyası dayandırılıb

Tibbi Yardım
Tibbi Yardım

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.

Ekspertiza Mərkəzinin yaydığı məlumata görə, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.

Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.