Bu qadınların Ukraynanı tərk etməsinə qadağa qoyulacaq

“Səfərbər olunmuş qadınların Ukrayna ərazisini tərk etməsi qadağan olunacaq”.

Azpost.info xəbər verir ki, bunu ölkə prezidentinin nümayəndəsi Fyodor Venislavski bildirib.

O əlavə edib ki, digər qadınlar, hətta hərbi qeydiyyatda olanlar üçün heç bir məhdudiyyət yoxdur.

“Hərbi xidmətə cəlb olunan qadınların xaricə getməsinin məhdudlaşdırılmasına gəlincə, belə bir məhdudiyyət yalnız artıq səfərbər edilmiş qadınlara şamil ediləcək. Çünki bu qadınlar hərbi qulluqçu statusu ilə müvafiq hüquqlar əldə edirlər”, – Venislavski qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.