“Bu qiyam bizim üçün çox gözlənilməz oldu”- BORREL

“Nigerdə baş verən hərbi qiyam Avropa İttifaqı üçün tamamilə sürpriz oldu”.

Azpost.info xəbər verir ki, bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

“Biz qiyamın olacağını ehtimal etməmişdik. Qiyamdan əvvəl ölkəyə səfər edirdik. Mən orada idim, amma qiyamın ola biləcəyini hiss etmədim. Bu, ən gözlənilməz qiyam idi”, – Borrel bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.