Bu qurumlar Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarıldı –FƏRMAN

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mərkəzi Seçki Komissiyasının üzvləri və əvəzedici üzvləri seçilib

Sonrakı məqalə

“ABŞ və NATO-nun fəaliyyətləri Avropada hərbi təhlükənin artmasına yardım edir” –