Bu Regional Təhsil idarələrinə yeni müdirlər təyin olunub –ADLAR

Lənkəran-Astara Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub.

Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat yayıb. Bu vəzifətyə Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdürü Elxan Nəcəfov təyinat alıb.

Həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə də müdir təyin olunub. Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Anar Qədiməliyev təyinat alıb. Regional Gəncə Təhsil idarəsinə Gəncə, Naftalan şəhərləri, o cümlədən Goranboy, Samux, Daşkəsən, Göygöl təhsil şöbələri tabedir.

Qeyd edək ki, A.Qədiməliyev bu təyinatadək Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əvvəlki məqalə

Anar Kərimov Kino Agentliyinin perspektivlərindən danışıb

Sonrakı məqalə

“BakuBus”ın avtobuslarında pulsuz WiFi olacaq