”Bu şəhərdə” TƏBİB-in rəhbəri Ramin Bayramlını belə parodiya etdi –

"Karantin toyu" (VİDEO)
06 Avqust 2020 - 12:22
Koronavirus səbəbilə konsertləri təxirə düşən “Bu şəhərdə” nin aktyorları fərqlilik yaradaraq “Youtube” kanalı üçün səhnəcik hazırlayıblar.

Əməkdar artisti Rafael İsgəndərov və Əməkdar artist Coşqun Rəhimov “Karantin toyu” adlı videonu ‘’Youtube’’ da yayımlayıblar.

Rəfael İsgəndərovun canlandırdığı Sirtuş Çölçəmənli obrazının qonağı isə TƏBİB-in sədri Ramin Bayramlı olub. R.Bayramlını Əməkdar artist Coşqun Rəhimov parodiya edib. Video izləyicilərin böyük marağına səbəb olub. (Ölkə.az)

Sözügedən videonu təqdim edirik: