“Bu, Santuşun xalqımıza olan hörmətsizliyidir” –AFFA-nın baş katibi baş məşqçini istefaya çağırdı

Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə AFFA tədbir görəcək.

Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:

“Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib. Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi”.

Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.