Bu şəxslər 1000 manat cərimə olunacaq

cərimə olunacaq
cərimə olunacaq

Bu şəxslər 1000 manat cərimə olunacaq

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılanların hərbi geyim formasını daşıya biləcəyi günlər müəyyənləşib.

AzPost “Report”a istinadla xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik edilməsi təklif olunub.

Təklif olunan dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər;

həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə,

peşə bayramı günlərində,

habelə Azərbaycan Silahlı Qüvvələri Günü,

Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.

Bundan başqa, əsasnamədəki mövcud dəyişikliklə əlaqəli İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni maddə əlavə edilir.

Belə ki, təklif edilən yeni maddəyə görə, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bundan başqa, İMX-yə təklif olunan daha bir dəyişikliklə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə olunacaq.

Əlavə məlumat

  1. Hərbi geyim forması – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra Silahlı Qüvvələr) şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının  komplektidir.
  2. Hərbi geyim predmetlərinə aiddir:

 üst geyimləri – qış paltosu (ali zabitlər üçün, onların arzusu ilə, təbii qaragül boyunluqlu qış yarımpaltosu),

demisezon yarımpalto, buşlat, plaş, kitel, tujurka, gödəkçələr (ali zabitlər üçün, onların arzusu ilə, dəri gödəkcələr (şəkil 14-2),

kombinezonlar, xalatlar və s. baş geyimləri – papaq, qulaqlı papaq, furajka, şlyapa, pilotka, beret və s.

 ayaqqabılar – tufli, botinka, uzunboğaz çəkmə və s.

digər paltar predmetləri – köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.