Bu şirkət Gömrük Komitəsini məhkəməyə verdi

Dövlət Gömrük Komitəsi məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçı “Silver Transport Limited” MMC-dir. İddia Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

“Silver Transport Limited” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 350 000 dollardır. Şirkətin qanuni təmsilçisi Nəsirov Əhməd Yusif oğludur. Şirkət haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Əhməd Nəsirova gəlincə, onun barəsində də məlumatlar məhddudur. İnternet resurslarında apardığımız araşdırmalar zamanı ona dair yalnız iqtisad üzrə fəlsəfə doktoru olmaq üçün təqdim etdiyi dissertasiyaya yazılan avtorefatını tapa bildik.

Abbas

Əvvəlki məqalə

Vərəmə yoluxmamağın şərtləri

Sonrakı məqalə

Kreml “Wall Street Journal”ın rus jurnalistləri ABŞ-dan qovmaq çağırışını şərh etdi