“Bu təşkilatlar Türkiyənin də, İranın da baş bəlasına çevriliblər”- ƏRDOĞAN

“Türkiyə-İran-Rusiya üçlü zirvə toplantısı Astana prosesini yenidən qiymətləndirmək və canlandırmaq imkanı yaradacaq”.

Azpost.info xəbər verir ki, bunu Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə birgə mətbuat konfransında Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, PJAK, PKK, PYD, YPG, FETÖ terror təşkilatları Türkiyə və İranı ciddi şəkildə narahat edir və hər iki ölkə üçün baş bəlasına çevriliblər: “Terrorla mübarizəmiz böyük əhəmiyyət kəsb edir. Bunlara qarşı mübarizəni həmrəylik içində davam etdirməliyik. Biz indi onları NATO sənədlərinə daxil etmişik. Bunlar istənilən ölkənin hüzurunu qaçıran bəladırlar”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.