Bakı sakini tapança satmaq istədi, saxlanıldı- FOTO

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı bir “Makarov” markalı tapança, 4 patron və sandıqça aşkarlanaraq götürülüb. İ.Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu polis şöbəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

“Bu, Ukrayna üçün həlledici an, dünya üçün həlledici onillikdir”

Sonrakı məqalə

20 Yanvar şəhidlərini təhqir edən qadın saxlanılıb