Bu xəstəliyi olanlara borş yemək olmaz-Həkim şərhi

Ənənəvi borş tərkibindəki vitaminlərə və lif tərkibinə baxmayaraq, müəyyən xroniki xəstəlikləri olan insanlar üçün risk yarada bilər.

AzPost bildirir ki, bunu Lenta.ru-ya müsahibəsində Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı İrina Lyalina deyib.

Bioloqun sözlərinə görə, borş yemək mədə-bağırsaq problemi, podaqra, artıq çəki, ürək-damar xəstəlikləri olanlar üçün məsləhət deyil. Sümük bulyonları xüsusilə təhlükəlidir, çünki onlar sidik turşusuna çevrilən purinləri toplayır.

Lyalina deyib ki, ətin uzun müddət bişirilməsi zamanı ondan ağır metallar və zəhərli maddələr ayrıla bilər. Yağlı ət bulyonları damar xəstəlikləri və pankreatit olanlar üçün zərərlidir. Qızartmaq üçün çox miqdarda yağ istifadə etmək mədə yanmasına səbəb ola bilər və əlavə kalori yaradır.

Mütəxəssis xüsusilə ürək-damar xəstəlikləri üçün zərərli olan az bişmiş tərəvəzlərdən alınan nitratların təhlükəsi barədə də xəbərdarlıq edib. Nitratlar hematopoez pozğunluğu olan insanlar üçün təhlükəli olan, oksigen təchizatını pozan metemoqlobini meydana çıxara bilər. Podaqra xəstələri üçün turşəng qatılmış borş  yemk qadağandır. Duzlu əlavələr turşuluq və duz tərkibini artırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.