Bu yerlərdə parkinq qiyməti bahalaşdı- 15 dəqiqə pulsuz söhbəti "ölüb"

Parkinq
Parkinq

Bakının iri ticarət mərkəzlərində avtomobil parkinq xidmətinin qiymətləri artırılıb. AzPost xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, artıq bəzi “mall”larda parkinq xidmətinin 16 dəqiqəsi üçün 2 manat ödəniş tələb olunur. Ən maraqlısı isə odur ki, parkinq sistemində “15 dəqiqə pulsuz” kimi təqdim edilən xidmət əslində tam da belə işləmir.

Blogerin paylaşımında qeyd edilib ki, sürücülər 14-cü dəqiqədə çek vursalar belə, sistemdə “ödənişsiz” qeydi getsə də, şlaqbauna çatana qədər vaxt saymağa davam edir. Nəticədə isə sürücü çıxış nöqtəsində 15 dəqiqəni keçdiyi üçün sistem ödəniş tələb edir.

“Demək, siz çeki vuranda ‘pulsuz’ yazılsa da, vaxt dayanmır. Misal üçün, 14 dəqiqədə çeki vursaz, deyəcək PULSUZ tərk edin. Amma şlaqbauna çatanda sistem deyəcək ‘Sorry, ödəniş et!’ Niyə? Çünki çeki oxutdurandan sonra da vaxt işləyir,” — deyə bloger vurğulayıb.

Saleh Nəsirov bu detala diqqət çəkərək sürücüləri ehtiyatlı olmağa çağırıb. O əlavə edib ki, parkinqi pulsuz tərk etmək üçün ya çeki vurduqdan dərhal sonra şlaqbauna yaxınlaşmaq, ya da tam 15 dəqiqə tamam olmamış çıxışa çatmaq lazımdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.