“Peyk zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergiyə külli miqdarda vergi borcu yaranıb.
Musavat.com xəbər verir ki, vergi borcu 19 milyon manatı ötüb.
Çoxlaylı çap lövhələri istehsal edən zavod 1993-cü ildə tikilib. 1993-2005-ci illər ərzində zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
- Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı;
- Əyilgən çap lövhələrinin istehsalı;
- Sərt-əyilgən çap lövhələrinin istehsalı
Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi.
Texnoloji imkanları
- “BARCO” işçi stansiyası;
- Fotoşablonların hazırlanması sahəsi;
- Pəstah sahəsi;
- Mexaniki sahə;
- Fotomexanika sahəsi;
- Qalvanik örtük sahəsi;
- Qoruyucu örtükləmə sahəsi;
- Setkoqrafiya sahəsi;
Müəssisənin köməkçi istehsalat sahələri:
- Mikroiqlim sahəsi;
- Elektrik stansiyası;
- Təmir və texniki xidmət sahəsi;
- Təmizləmə qurğuları.