Bugünkü hərracda tələb 102 milyon dolları ötüb- Mərkəzi Bank
20 Fevral 2024 - 13:15
valyuta
Fevralın 20-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 102,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.