Bugünkü hərracda tələb 73 milyon dollara yaxın olub
04 İyun 2024 - 17:31
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 72,8 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.