Bugünkü hərracda tələb 79 milyon dolları ötüb- Mərkəzi Bank
07 Mart 2024 - 15:17
Martın 7-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 79,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.