Bullinqə qarşı ictimai vəkilliklə bağlı layihə həyata keçirilir

“Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyi” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihə həyata keçirir.

Bu barədə məlumatı İctimai Birliyin sədri Nuriyyə Abbasova verib. Onun sözlərinə görə, layihə 01 sentyabr və 31 oktyabr tarixlərində, 2 ay müddətində baş tutacaq. Layihə çərçivəsində 3 məktəbdə, 6 təlim təşkil ediləcək:

“Layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən  uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi,  öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır. Layihənin əsas hədəf qrupu yetkinlik yaşına çatmamış məktəblilər və valideynlərdir. Layihə çərçivəsində həm valideynlərə, həm də məktəblilərə bullinq mövzusunda təlimlər keçiriləcək, sosial,psixoloji və hüquqi tərəflərindən bəhs ediləcək, psixoloq tərəfindən bullinqə məruz qalma hallarını aşkar edən terapiyalar təşkil ediləcək, bullinq və digər zorakılıq hallarına məruz qalmış məktəblilər fərdi konsultasiyalara cəlb olunacaqdır. Eyni zamanda sosial işçi və hüquqşünas tərəfindən uşaqların sosial-hüquqi qiymətləndirilməsi həyata keçiriləcəkdir. Valideynlər üçün nəzərdə tutulmuş tədbirdə valideyn komitələrinin yaradılmasının vacibliyindən bəhs ediləcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.